“Car Sharing” xidmətinin avtomobilləri artıq Bakı küçələrindədir. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Bildirilir ki, artıq paytaxt ərazisində “Car Sharing” xidməti üçün onlarla avtomobil görmək olar. Qiymətlər 1 dəqiqə üçün 60 qəpik təşkil edəcək. Avtomobillər təyin olunmuş yerlərdə saxlanmadığı təqdirdə 50 AZN cərimə tətbiq olunacaq.