Bakıda 2021-ci ildə baş vermiş qəzaların statistikası açıqlanıb. Bu haqda 20 dekabr tarixində Report xəbər verib.
Bakıda 11 ay ərzində 458 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.
458 qəzada 268-i piyada vurma olub. Nəticədə 122 nəfər ölüb, 152 nəfər isə xəsarət alıb.