Paytaxtın Yasamal rayonunda 5 küçə əsaslı təmir olunub. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
II Alatava yaşayış massivinin ümumi uzunluğu 2 km olan yolları, eləcə də Tbilisi prospektinin 1630 m-lik hissəsi, Ələsgər Ələkbərov, Zivərbəy Əhmədbəyov və Seyfəddin Dağlı küçələri əsaslı təmir olunub.
Ümumilikdə cari il ərzində Yasamal rayonu ərazisində ümumi uzunluğu 6,5 km olan küçə və yollar yenidən qurulub. Ötən il bu rəqəm 3,5 km təşkil edib.
[caption id="attachment_77233" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi Facebook səhifəsi[/caption]