Bakıda MTK-nın rəhbəri barədə hökm oxunub. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, şirkətin direktoru Dilafir Rəsulov 13 il 6 ay, əməkdaşı Tahir Əliyev 13 il və “Konstra” MTK-nın təsisçisi Bəsirət Abbaslı 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.
D.Rəsulov satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə sataraq əldə edilmiş pul vəsaitini mənimsəyib. O, bu yolla 100-dən çox adama ziyan vurub.