Daha 3 qurum bayram günlərində gücləndirilmiş iş rejiminə keçir. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az qurumlara istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Təcili Tibbi Yardım Mərkəzlərində məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. Təchizat və təminat payxtata gələn insan axınına uyğun təşkil olunacaq.
Fövqəladə Hallar Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına ola biləcək hadisələrlə bağlı müvafiq tapşırıqlar verilib.
Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcək, insanların sıx toplaşdıqları yerlərdə polis naryadlarının sayı artırılacaq.