Qarabağın erməniəsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər var. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirir ki, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq, vətəndaşlıq məsələlərinə baxılacaq.
“Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”, – deyə idarə rəisi söyləyib.