Hərbi əməliyyatlar haqda sosial şəbəkədə yayılan məlumatlarla bağlı açıqlama verilib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxta xəbər yayan şəxslər müəyyən olunublar. Onlar məsuliyyətə cəlb ediliblər.
“Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır”, – deyə açıqlamada bildirilib.