top
Dənizkənarı Bulvar İdarəsi qanunsuz olaraq yolu bağlayıb və ödənişli parkinq təşkil edir? – VİDEO
20 dekabr 2023, 03:43
- ↺ +

Dənizkənarı Bulvar İdarəsi qanunsuz olaraq yolu bağlayıb və ödənişli parkinq təşkil edir? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dənizkənarı Bulvar İdarəsinin Su İdman Sarayına gedən yolu qanunsuz qazdığı və ərazidə şlaqbaum qoyulacağı barədə məlumat yayılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Ərazidə yaşayan sakinlər öz narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, hər dəfə mənzilbaşına gedərkən onlar həmin şlaqbaumu keçməyə və pul ödəməyə məcbur olacaqlar.

Özünü Dənizkənarı Bulvar İdarəsinin rəsmisi kimi təqdim edən şəxs bildirib ki, görülən işlər qanunidir və bulvarın ərazisində aparılır.

Hadisə yerinə cəlb olunan Avtomobil Yollarının Mühafizə Xidmətinin rəsmisi həmin işlərin aparılmasının qeyri-qanuni olduğunu təsdiq edərək qazıntıları dayandırıb.

Məsələ ilə bağlı Su İdman Sarayının rəhbərliyi də narazıdır.

“Su İdman Sarayı ərazisində hazırda 1000 parkinq yeri müştərilərimiz üçün təmənnasızdır. Bu ərazidə parkinqin olması o deməkdir ki, Su İdman Sarayına gələn hər bir şəxs ödəniş etməlidir. Halbuki biz heç bir müştəridən parkinq üçün ödəniş tələb etmirik”, – deyə sarayın direktor müavini Novruz Novruzov bildirib.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva qeyd edib ki, sözügedən ərazi Dənizkənarı Bulvar İdarəsinə, eyni zamanda onun sanitar-mahafizə zonasına aiddir. Dənizkənarı Milli Park haqqında əsasnaməyə əsasən, Dənizkənarı Bulvar İdarəsinin milli parkın fəaliyyatinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, habelə ərazidə xüsusi mühafizə rejimini təmin etmək üzrə müstəsna səlahiyyətləri var. Xüsusi mühafizə olunan təbiət əraziləri, qoruqlar, milli parklarda xüsusi mühafizə rejiminin müəyyənləşdirilməsi qanunvericiliklə yol veriləndir.

“O ərazidən keçib evinə gedən insanlara gəlincə onlar üçün heç bir problem yaranmayacaq”, – deyə bulvarın rəsmisi vəd edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirildi ki, sözügedən ərazi ümumi istifadədə olan yoldur və həmin yolda hər hansı işin aparılması ilə bağlı mütləq şəkildə rəsmi qaydada müraciət olunmalıdır.

Son xəbərlər

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Oxşar xəbərlər