29 oktyabr tarixində Dənizkənarı Bulvarda Zəfər Yarmarkası start götürüb.
44 Vətən müharibəsinə həsr olunan Zəfər Yarmarkası 29 oktyabr-dan 9 noyabra kimi davam edəcək. Yarmarkada əldə olunan gəlir şəhid ailə üzvləri, yaralılara dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
Yarmarka zamanı:
- Hər axşam konsert tədbirləri
- Müxtəlif mövzularda sərgilər
- Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq
- Şirkətlər tərəfindən məhsullar satışa çıxarılacaq
- Burada zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar olacaq
Qeyd edək ki, yarmarka Bulvar ərazisində Kukla teatrının arxasında yerləşir.
[URIS id=12136]