top
Dövlət uşaq bağçalarında yer problemi – Yeni bağçalar tikiləcək?
26 sentyabr 2024, 03:20
- ↺ +

Dövlət uşaq bağçalarında yer problemi – Yeni bağçalar tikiləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət uşaq bağçalarının sayı ilə bağlı problemlər dəfələrlə işıqlandırılıb. Övladını bağçaya qoymaq istəyən, xüsusilə, işləyən valideynlər dövlət bağçalarında yer olmamasından şikayətçidirlər. Onların narazılığı bəzi ərazilərdə uşaq bağçalarının artan əhali, ailə sayına adekvat olmamasıdır. Məsələn, son illər əhalinin sıx məskunlaşdığı Sulutəpə qəsəbəsində yalnız bir uşaq bağçası fəaliyyət göstərir. Ona görə də valideynlər övladlarını özəl bağçalara qoymağa məcbur olurlar. Bu da həm əlavə xərc, həm də bağçalara etibar məsələsini aktual edir.

Bəs uzun illərin probleminin həlli nədədir?

Bu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib ki, uşaq bağçalarının azlığı həm valideynlər, həm də uşaqların həyatında bir sıra problemlərə səbəb olur:

“Azərbaycanda dövlət bağçalarının sayının azlığı və mövcud problemlər, xüsusən Sulutəpə kimi sıx məskunlaşmış ərazilərdə uşaq bağçalarının çatışmazlığı ciddi narahatlıq doğurur. Uşaq bağçalarının az olması, xüsusilə bağça yaşlı uşaqların təhsilə düzgün hazırlana bilməməsinə, sosiallaşma və psixoloji inkişaflarının ləngiməsinə, həmçinin valideynlərin iş həyatına mənfi təsir göstərir”.

Ekspert bağçaların azlığının səbəbini belə izah edib:

“İnfrastruktur çatışmazlığı: Böyük şəhərlərdə və sıx məskunlaşmış ərazilərdə əhali artımı ilə mütənasib olaraq yeni uşaq bağçalarının tikintisi təmin edilməyib. Sulutəpə kimi yaşayış məntəqələrində bir neçə min insan yaşayır, lakin bağça müəssisələrinin sayı əhalinin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.

Maliyyə məhdudiyyətləri: Dövlət büdcəsinin məhdud olması uşaq bağçalarının tikintisinə və mövcud bağçaların təmirinə və yenilənməsinə vəsaitin ayrılmasına mane olur. Dövlət bağçalarının sayının artması üçün genişmiqyaslı layihələrin icrası üçün maliyyə resursları tələb olunur.

Sistematik problemlər: Dövlət bağçalarına daxil olmaq üçün çox vaxt müraciət sistemi gecikmələr və bürokratik çətinliklərlə qarşılaşır. Uşaqların bağçalara qəbulunda gecikmələr valideynlərin aylarla, hətta illərlə bağçaya düşməsini gözləməsi ilə nəticələnir”.

O, uşaq bağçalarının uşaqların psixoloji, sosial və fiziki inkişafına əhəmiyyətli töhfələr verdiyini, ünsiyyət qurmasında, nitqinin, qavrama qabiliyyətinin inkişafında əhəmiyyətli rol oynadığını bildirib.

Bu sahədə dünya təcrübəsi nə deyir?

Kamran Əsədov inkişaf etmiş ölkələrin erkən yaş təhsilinə böyük diqqət yetirdiyini qeyd edib:

“Finlandiyada uşaq bağçaları dövlət tərəfindən tam maliyyələşdirilir və bütün uşaqlar üçün əlçatandır. Fransada dövlət bağçaları bütün uşaqlara təhsil verir. Almaniyada "Kita" adlanan uşaq bağçaları geniş yayılıb və dövlət dəstəyi ilə işləyir.

Beləliklə, Azərbaycanda uşaq bağçalarının sayının artırılması, erkən yaş təhsilinin inkişafı və sosial bərabərsizliyin aradan qaldırılması üçün dövlət və özəl sektorun əməkdaşlığı vacibdir. Dövlət tərəfindən uşaq bağçalarına investisiyaların artırılması və yeni bağçaların tikilməsi bu problemləri həll etmək üçün mühüm addım olacaq”.

 

Son xəbərlər

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Oxşar xəbərlər