Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi səbəbindən sürücələrə müraciət edib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sürücülərə yağış nəticəsində yaranan gölməçələri nəzərə almaları, yolda olan piyadaların yaxınlığından keçərkən sürəti azaltmaları tövsiyə olunur. Elə hallar olur ki, sürücülər gölməçədən keçən zaman sürəti qəsdən artırırlar və piyadaları nəzərə almayaraq onların üst-başlarını çirkləndirirlər.
Həmçinin piyadalara axşam yola çıxarkən əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etmələri məsləhət görülür.