Bu gün, 20 oktyabr tarixində Bakının Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park 3” yaşayış kompleksindən daha bir miqrasiya karvanı Laçına yola salınıb. 83 nəfərdən ibarət daha 23 ailə doğma yurdlarına qayıdır. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Köçkün ailələr Laçında vaxtilə yaşadıqları və işğal başa çatdıqdan sonra bərpa edilmiş evlərə köçəcəklər.
Beləliklə, Laçında 295 ailənin – 1135 nəfərin daimi yaşayış yeri təmin ediləcək.
[caption id="attachment_117072" align="alignnone" width="640"]
Foto Report.az[/caption]