Bakıda və ölkə ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
30 noyabr tarixində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 3 qumbara, 3 patron darağı, 465 müxtəlif çaplı patron və 51 müxtəlif markalı tüfəng təhvil götürülüb.
Bundan əlavə, keçirilən əməliyyatlar nəticəsində 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.