Bakıda və respublika ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında 5 qumbara, 24 müxtəlif markalı tüfəng və 98 ədəd müxtəlif çaplı patron təhvil alıblar.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.