“Semka” adı altında tanınan “TikTok”çu cəzalandırılıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 30 yaşlı Samir Ramazanov saxlanılıb.
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdiyinə görə o, 30 sutka inzibati qaydada həbs edilib.