Bu gün, 23 yanvar tarixində Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair Kollegiya iclası keçirilib. İclas zamanı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığının mövcudluğundan və tıxacların yaranmasından danışıb. Bu haqda Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verib.
Nazir nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.