top
Dayanacağı özbaşına dəyişib, qiyməti artırıblar - Zabrat avtobuslarından ŞİKAYƏT
06 noyabr 2024, 01:46
- ↺ +

"Dayanacağı özbaşına dəyişib, qiyməti artırıblar" - Zabrat avtobuslarından ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Zabrat-1 qəsəbəsində qrafik üzrə hərəkət edən avtobuslarla bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Vətəndaşlar qeyd edirlər ki, 197 saylı marşrutun son dayanacağı metronun "Ulduz" stansiyası təyin olunsa da, sürücülər "Neftçilər" və ya "Qara Qarayev" stansiyalarının yanında saxlayırlar. Bakıxanov qəsəbəsində düşən sərnişinlərdən 50, "Qara Qarayev" stansiyası yaxınlığında düşənlərdən isə 60 qəpik tələb olunur. Vətəndaşlar vurğulayırlar ki, Zabrat qəsəbəsindəki dayanacaqların yerləri də dəyişdirilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən  bildirilib ki, COP29-la əlaqədar bir sıra marşrutların son və aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib: "197 nömrəli marşrutun son dayanacaq məntəqəsi Zabrat qəsəbəsi olmaqla təşkil edilib. Hazırda Zabrat qəsəbəsindən metronun "Ulduz" stansiyası istiqamətində 131 nömrəli, "Qara Qarayev" istiqamətində isə 166 nömrəli marşrut fəaliyyət göstərir. Həmin marşrutlar nağdsız ödəniş sistemində fəaliyyət göstərirlər və gediş haqqı 55 qəpik müəyyən olunub. Həmçinin, dayanacaq məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı marşrutun müvəqqəti istismarçısına qeyd olunan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müvafiq qanunvericiliyə əsasən, müəyyən edilmiş hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib. Tariflə bağlı müvafiq qərarlar barədə sürücülərin təlimatlandırılması və gediş haqqını məbləğdən artıq tələb edən sürücülər barəsində müvafiq tədbirlərin görülməsi tapşırılıb".

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər