Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 7 gün qeyri-iş günləri elan edilib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
30 dekabr və 7 yanvar istirahət günləri müvafiq olaraq 4 və 5 yanvar 2024-cü il günləri ilə əvəz olunacaq. Beləliklə 31 dekabr 2023-cü il - 6 yanvar 2024-cü il arası qeyri-iş günləri hesab olunacaq. 7 yanvar tarixindən etibarən iş günləri start götürəcək.