Sabiq deputatın həbs müddəti uzadılıb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.
O, ötən ilin iyul ayında həbs olunmuşdu.
İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50.000 AZN pul tələb etdiyini deyib. O, N.Bəydəmirliyə 10.000 AZN verə bilib.