Ədliyyə Nazirliyində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 11 dekabr tarixində Report məlumat yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində (BACM) icra şöbəsinin rəisi, polkovnik Mübariz Məmmədov vəzifəsindən azad edilib. O, Yasamal rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.
3 ilə yaxındır BACM-də işləyən M.Məmmədov xidmət zamanı nöqsanlara görə vəzifəsini itirib.