Bakının Nəsimi rayonunda yerləşən tarixi binanın söküldüyü iddia edilir. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev bildirib ki, artıq iki gündür, 1960-cı illərin memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır. Tikilinin yerində çoxmərtəbəli binanın tikintisi planlaşdırılır.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, həmin ərazidə heç bir çoxmərtəbəli bina tikilmiyəcək:
“Sadəcə olaraq təmir işləri aparılır. Hazırda tərəfimizdən araşdırma da aparılır. Əlimizdə olan məlumata görə, “Dostluq” kinoteatrı özəl mülkiyyətdir. Yəni ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən, Rasim Süleyman oğlu Salmanovun mülkiyyətindədir”.