Bakıda yerləşən avtobus parkında “drift” edən avtobus sürücüsü məsuliyyətə cəlb edilib. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Verilən məlumata görə, yanvarın 13-də “Xaliq Faiqoğlu” şirkəti tərəfindən hava şəraiti ilə bağlı avtobus parklarında əməkdaşlar üçün təlimat tədbirləri keçirilib. Bundan sonra sürücülərdən biri təlimdə əks etdirilən manevrləri daha təhlükəli şəkildə yerinə yetirərək bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Aparılan araşdırmalardan sonra vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.