Dövlət Yol Polisinin əməkdaşları Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçiriblər. Bu haqda 5 oktyabr tarixində Avtosfer.az məlumat verib.
Reyd paytaxtın Səməd Vurğun küçəsində baş tutub. Yol hərəkəti qaydalarını pozaraq yolu təhlükəli yerdən keçən, eyni zamanda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan piyadalarla profilaktik söhbətlər aparılıb.
Yol hərəkəti qaydalarına əməl etməyən piyadalara qarşı cərimələr tətbiq olunub.