Baş DYP İdarəsi əhaliyə müraciət edib. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Müraciət nəqliyyat vasitələrinin qaçırılması ilə bağlıdır.
Belə ki, ən çox qaçırılma halları sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələrində qeydə alınır.
Bundan əlavə, sürücülərin avtomobilləri avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etmələri məsləhət görülmür.
Bununla əlaqədar sürücülərə diqqətli olmaları xahiş olunur.