Ekologiya Nazirliyi küləklə bağlı xəbərdarlıq edib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az nazirliyə istinadən xəbər verir.
Bildirilir ki, gün ərzində küləyin daha da güclənəcəyi, sürətinin 33-38 m/s arasında olacağı proqnozlaşdırılır.
Bu səbəbdən vətəndaşlardan evdən çıxan zaman ehtiyatlı olmaları xahiş olunur. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq, nəqliyyat vasitələrini təhlükəsiz ərazidə saxlamaq tövsiyə olunur.
“Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”, – deyə qurum əlavə edib.