Elm və təhsil naziri qızılca ilə bağlı açıqlama verib. Bu haqda bu gün 4 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Emin Əmrullayev açıqlamasında hazırda böyük pandemiya təhlükəsinin olmadığını deyib:
"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir".
O, hazırki vəziyyətin valideynlərin 8-9 il əvvəl verdikləri qərarların nəticəsi olduğunu əlavə edib. E.Əmrullayev valideynlərə bir daha çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar.