Elm və Təhsil Nazirliyinə yeni təyinat olub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azər Abizadə elm və təhsil nazirinin müşaviri təyin edilib. Bununla bağlı nazir Emin Əmrullayev əmr imzalayıb.
Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. O, “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. Daha sonra ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Yeni müşavir ADA Universitetində baş müəllim və dosent kimi çalışıb. O, ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.