Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bu gün nazirlikdə bir sıra kadr və struktur dəyişiklikləri baş tutub. Yeni təyinatlara uyğun olaraq, Valehovun adı siyahıda yer almayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.