Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyində kadr dəyişikliyi olub. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tibb elmləri doktoru, professor İlham Kazımov mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb. Bu haqda səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
İ.Kazımov bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışıb.