Səhiyyə naziri Teymur Musayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edib. Bununla bağlı müvafiq əmr imzalanıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Əmrə əsasən, tibb üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxovaya institutun direktoru, tibb elmləri doktoru Nüşabə Pənahovaya isə direktorun müavini (müalicə işləri üzrə) vəzifələri həvalə edilib.