Bakıda professor həbs olunub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin məhkəməsi yekunlaşıb. O, 6 il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilib.
Rövşən Vəliyev dələduzluq yolu ilə 80.000 AZN-dən çox pulu ələ keçirib. O, 2007-ci ildə də dələduzluq üstündə həbs edilib.