Çelyabinsk–Bakı–Çelyabinsk aviareyslərinə start verilib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Reysləri Rusiyanın “IrAero” aviaşirkəti təşkil edəcək. Uçuşlar “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Uçuş müddəti 3 saatdır.
KİV-lərin məlumatına əsasən, Rusiyanın federal turoperatorları artıq Çelyabinskdən yola düşməklə Azərbaycana tur paketləri hazırlayıblar.