Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevin məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hakim Mahmud Ağalarovun qərarı ilə Zəkiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, 2021-ci ildə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Aydın Zəkiyevin Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Aydın Zəkiyevə qarşı Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Dövlət əleyhinə yönələn açıq çağırışlar” və digər maddələri ilə ittiham irəli sürülüb.