top
Ermənilərin şərləyib həbs etdirdiyi, meyiti 5 gün kolluqda qalan Milli Qəhrəman
24 iyun 2025, 00:12
- ↺ +

Ermənilərin şərləyib həbs etdirdiyi, meyiti 5 gün kolluqda qalan Milli Qəhrəman

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

24 iyun Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.

Əlif Hacıyev 1953-cü ildə Xocalı şəhərində doğulub. O, ailənin üçüncü övladı idi. Əlif uşaqlıqdan çörək qazanardı və balıq tutardı.

1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidməti Minsk şəhərində keçib. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olub. 1979-cu ildə həmin məktəbi bitirib, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən erməni gizli millətçi mərkəzini ifşa etməyə çalışıb. Buna görə də erməni millətçiləri onun sırıqlısının cibinə saxta pul qoyublar. Əməliyyat qrupu təşkil edilib və Əlif öz kabinetində həbs olunub. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilib. 1987-ci ildə onun işinə yenidən baxılıb, 10 il həbs cəzası 6 ilə endirilib. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxıb.

Əlif Hacıyev 1990-cı ildə Xocalıya qayıdıb və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirib. 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilib. Eyni zamanda Xocalı hava limanının komendantı olub. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilib.

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərbilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedib. Əlif Hacıyev isə yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilməyib. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərib. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bilib. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılıb.

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalıb. 5 gündən sonra onun Nazim adlı işçisi cəsədi gizli şəkildə Azərbaycan tərəfə keçirə bilib.

Əlif Hacıyev Bakının Şəhidlər xiyabanında dəfn edilib.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. Haqqında "Əlif. Xocalı" adlı sənədli film çəkilib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
29 oktyabr 2026, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
29 oktyabr 2026, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
29 oktyabr 2026, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər