Azərbaycanın Avroviziyada ifa edəcəyi mahnı təqdim olunub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az xəbər verir.
İsveçdə keçiriləcək müsabiqədə Azərbaycan təmsilçisi Fahree (Fəxri İsmayılov) "Özünlə apar" mahnısını ifa edəcək. Musiqinin muğam parçasını İlkin Dövlətov ifa edəcək.
Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.