top
Evimə zərər vurub heç nə olmamış kimi çıxıb getdilər – Aparıcıdan İDDİA
Video
18 iyul 2026, 17:37
- ↺ +

"Evimə zərər vurub heç nə olmamış kimi çıxıb getdilər" – Aparıcıdan İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aparıcı Zamirə Dadaşova Həsən Əliyev küçəsində yerləşən "İtaliano Parati" mağazasından aldığı divar kağızları ilə bağlı ciddi iddialar səsləndirib.

Bakuplus.az xəbər verir ki, onun sözlərinə görə, mağazadan ümumi dəyəri 2300 manat olan divar kağızları alıb. Satıcı məhsulun xarici istehsal olduğunu və keyfiyyətinə zəmanət verildiyini desə də, sonradan divar kağızlarından birinin yerli istehsal olduğu və vurulduqdan sonra rəngində qaralma yarandığı məlum olub. Şikayətçi bildirir ki, mağaza əvvəlcə problemi qəbul edərək divar kağızlarının dəyişdiriləcəyini vəd edib, hətta bunu təsdiqləyən səsli mesajların da olduğunu iddia edir.

Vətəndaşın sözlərinə görə, iyulun 16-da mağazanın göndərdiyi ustalar evə gələrək köhnə divar kağızlarını söküblər. Lakin söküntüdən sonra yeni divar kağızı vurulmayacağını bildirərək mənzili tərk ediblər. Şikayətçi iddia edir ki, mağaza nümayəndələri kobud davranıb, əvvəl verdikləri vədləri inkar ediblər və "Gedib kimə istəyirsiniz şikayət edin" deyiblər.

O, həmçinin bildirib ki, 2300 manatlıq alış-verişə baxmayaraq, ona kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib. Vətəndaş məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini, dəymiş maddi ziyanın ödənilməsini və mağaza barəsində araşdırma aparılmasını xahiş etdiyini bildirib.

"İtaliano Parati" mağazası barəsində səsləndirilən iddialara münasibət bildirib.

Mağazanın açıqlamasında qeyd olunub ki, müştərinin aldığı "Mister Dekor" markalı divar kağızı Azərbaycan istehsalıdır və bu barədə alış zamanı ətraflı məlumat verilib. Bildirilib ki, məhsulun keyfiyyəti ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb.

Şirkətin iddiasına görə, mənzildə aparılan baxış zamanı divar kağızlarında yaranan ləkələrin səbəbinin məhsulun keyfiyyəti deyil, divarların tam qurudulmaması, kifayət qədər havalandırmanın təmin edilməməsi və tətbiq texnologiyasına düzgün əməl olunmaması olduğu müəyyən edilib. Bu qənaəti "Mister Dekor" MMC-nin mütəxəssislərinin də təsdiqlədiyi vurğulanıb.

Açıqlamada həmçinin bildirilib ki, istifadə olunmamış divar kağızlarını geri qəbul etməyə hazır olduqları barədə müştəriyə məlumat verilib. Şirkət yayılan iddiaların həqiqətə uyğun olmadığını qeyd edərək, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görəcəyini və zərurət yaranacağı təqdirdə məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Bundan əlavə, "İtaliano Parati" mübahisə predmetinə çevrilən divar kağızlarının istənilən müstəqil mütəxəssis tərəfindən ekspertizadan keçirilməsinə hazır olduqlarını bəyan edib.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər