Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir neçə mənzildən oğurluq etməkdə təqsirləndirilən Elmin Cəfərovun məhkəməsi başlayır. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bildirilir ki, Cəfərov 103 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlayıb. Elmin Cəfərov oğurladığı pullar hesabına şəxsi istifadəsi üçün iki avtomobil və digər qiymətli əşyalar alıb.