Nərimanov rayonu, Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşıb. Bu haqda BakuPlus.az Azərbaycan Avtomobil Yolları Agentliyinə istinadən bu gün, 28 sentyabr tarixində xəbər verir.
Fətəli xan Xoyski prospektində asfalt-beton örtüyündə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsiz olmasına əngəl törədirdi.
Uzunluğu 2140 metr təşkil edən prospektdə aparılmış təmir işləri ilə sözügedən problem tam aradan qaldırılıb.
[caption id="attachment_71739" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]