Füzuliyə daha bir qrup ailə yola salınıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 35 ailə, yəni 134 nəfərdən ibarət köç karvanı paytaxtın Qaradağ rayonundan yola salınıb.
Beləliklə, bu günə qədər 631 ailə, yəni 2379 nəfərin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_133322" align="alignnone" width="640"]
Foto APA[/caption]