Füzuliyə ailələrin köçü davam edir. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə, yəni 125 nəfərdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bununla da Füzuli şəhərinə 470 ailə, yəni 1750 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_127337" align="alignnone" width="640"]
Foto APA.az[/caption]