Bu gün, 7 dekabr tarixində Bakının Qaradağ rayonundan növbəti köç baş tutub. Bu haqda Bakuplus.az APA-ya istinadən məlumat verir.
Füzuli şəhərində yenidən tikilən evlərə 80 nəfərdən ibarət 25 ailə köçürülüb. Ailələrə mənzillərin açarlarının təqdim edilmə mərasimi keçirilib.
Ümumilikdə Füzuli şəhərində 333 ailə, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.