top
Fazil Mustafa ilə bağlı məhkəmə: İrandan 30.000 ABŞ dolları göndərilib
23 yanvar 2024, 00:38
- +

Fazil Mustafa ilə bağlı məhkəmə: İrandan 30.000 ABŞ dolları göndərilib

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı məhkəmə davam edir. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Bildirilir ki, sözügedən şəxslər Fazil Mustafanı dini baxışlarına görə cəzalandırmaq istəyiblər. Buna görə də onlar İranın “Hüseyniyyun” qruplaşması ilə əlaqə qurublar və onlardan 30.000 ABŞ dolları götürüblər, daha sonra “Kalaşnikov” markalı silah əldə ediblər.

“Dövlət xadimi olmur, lap kim olursa, olsun. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. Qarabağ müharibəsində şəhidlərlə bağlı səslənən fikirlər lap ağ oldu. Nə deməkdir ki, “kişi ağlamaz”?!” - deyə Azər Səricanov ifadəsində vurğulayıb.

Təqsirləndirilən şəxslər öncə Fazil Mustafanın yaşadığı evi müşahidə ediblər, onu sosial şəbəkədə izləyərək material toplayıblar.

Bundan əlavə, həmin şəxslər Azərbaycanın müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektlər barədə məlumatları İran tərəfinə ötürməkdə ittiham olunurlar.

Azər Səricanov ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər:

“Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik”, - deyə o, əlavə edib.

Həmçinin o, cinayətin İrandan gələn sifarişlə törədilməsi və 30.000 ABŞ dolları alması barədə ittihamı qəbul etməyib.

Məhkəmənin növbəti baxış iclası 16 fevral tarixində keçiriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 13:48

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan POLKOVNİK MƏHKƏMƏDƏ

Xəbər
Bu gün, 10:59

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Xəbər
Bu gün, 09:50

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Xəbər
Dünən, 17:48

162 nömrəli avtobus sərnişinləri təngə gətirib – ŞİKAYƏT

Xəbər
Dünən, 16:22

Azərbaycanlı rəqqas "Zita və Gita"nın ulduzu ilə görüşdü

Yasamal
Dünən, 14:04

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb

Xəbər
Dünən, 13:59

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xəbər
Dünən, 12:42

Bakıda EVLİ KİŞİ 15 yaşlı qızı qaçırdı

Xəbər
Dünən, 11:03

Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 10:07

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Xəbər
15 sentyabr 2026, 17:55

50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO

Xəbər
15 sentyabr 2026, 17:30

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Xəbər
15 sentyabr 2026, 16:39

Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu

Xəbər
15 sentyabr 2026, 16:21

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

Xəbər
15 sentyabr 2026, 15:40

Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı

Xəbər
15 sentyabr 2026, 15:07

İlk dərs günü BİABIRÇILIQ: canlı yayım açıb elektron siqaret çəkdilər - VİDEO

Xəbər
15 sentyabr 2026, 14:18

Azərbaycanda yeni voleybol klubu yaradıldı

Xəbər
15 sentyabr 2026, 12:29

Atası ilə birləşib ərini ö!dürmüşdü, hər ikisinə HÖKM OXUNDU

Xəbər
15 sentyabr 2026, 12:00

İlqar Xəyal doğum günüdür

Xəbər
15 sentyabr 2026, 11:30

Kişi pilləkənlərdən yıxılıb öldü

Xəbər
15 sentyabr 2026, 11:00

Əsgər getmək istəməyənlərə cinayət işi AÇILDI

Xəbər
15 sentyabr 2026, 10:30

Bakıda kişi evində ölü tapıldı

Xəbər
15 sentyabr 2026, 10:00

Sənətkarın ölümündən 20 il keçir...

Xəbər
15 sentyabr 2026, 09:36

Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq

Oxşar xəbərlər