Fazil Mustafaya sui-qəsd edən şəxslərin məhkəməsi başlayıb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onların vəkilləri həmin şəxslərin proses müddətində ev dustaqlığına buraxılmalarını, eləcə də zərərçəkmişin məhkəməyə gətirilməsini istəyiblər.
Hər iki vəsatət təmin olunmayıb. Məhkəmənin ilk baxış iclası 22 yanvar tarixinə təyin edilib.