Bakıda keçiriləcək “Formula 1” yarışlarına könüllü qeydiyyatı başlayıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
“Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” üçün könüllülük proqramına müraciətlərin qəbuluna başlanılıb. Qeydiyyatın 9 aprel tarixində bitməsi planlaşdırılır.
Dünyanın ən məşhur yarışlarından birinin parçası olmaq istəyənlər buradan qeydiyyatdan keçə bilərlər.
Turnir 13-15 sentyabr tarixlərində keçiriləcək.