Tanınmış futbolçunun müalicəsini Heydər Əliyev fondu öz üzərinə götürüb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan milli komandasının sabiq futbolçusu, 51 yaşlı Vadim Vasilyevin müalicəsisini Heydər Əliyev Fondu maliyyələşdirəcək.
“Bundan sonra “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəyəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”, – deyə futbolçu açıqlama verib.
V. Vasilyev cari ilin fevral ayının əvvəlində insult keçirib.
Sabiq futbolçu Azərbaycan yığmasında, eləcə də Bakının bir sıra klublarında çıxış edib.