Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.
Bildirilir ki, cari il komissiyada 700-dən çox müraciətə baxılacaq. Buraya qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlük həbslər və s. ilə bağlı müraciətlər daxildir.
16:56 - Əfv Məsələləri Komissiyasının iclası keçirilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İclasda komissiyaya daxil olan müraciətlərə baxılır. Prezident İlham Əliyev sonuncu dəfə ötən il mayın 8-də Əfv Sərəncamı imzalamışdı. Həmin Sərəncama əsasən, 801 məhkum əfv olunaraq azad edilmişdi.
İndiyə qədər 69 Əfv Sərəncamı və 12 Amnistiya aktı imzalanıb.