Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı dəmir yolu xətti istiqamətində güclü külək nəticəsində elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq "Azərişıq" ASC tərəfindən aradan qaldırılıb.
09:52 - Güclü külək qatarların hərəkət cədvəlində yubanmalara səbəb olub
Güclü külək səbəbindən elektrik enerjisinin kəsilməsi qatarların hərəkət cədvəlində gecikmələrə səbəb olub. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
Baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət cədvəlində, xüsusən də Sumqayıt-Pirşağı-Bakı xəttində reyslərin qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.
Qurumdan əlavə ediblər ki, nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün maşinistlərə qatarların sürət həddini azaltmaq tapşırılıb.