Çağırışçıları xidmətdən yayındıran zabitlərə hökm oxunub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xəzər Rayon Hərbi Komissarlığının çağırışçıları xidmətdən yayındırmaqda ittiham olunan zabitləri – Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar vəzifələrindən sui-istifadə edərək çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67.000 AZN pul alıblar.