Məşhur videobloger və iş adamı Hüseyn Həsənov Bakının “SeaBreeze” kompleksində yerləşən mənzilin sahibi olub. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az məlumat verir.
Həsənov 7 mərtəbəli yenitikili binaların birindən 2 otaqlı təmirli studiya mənzil alıb. O, hekayə bölməsində mənzilin videosunu paylaşaraq aldığı mülkdən razı qaldığını bildirib.
Daha öncə, bloger Moskvadakı “Moscow City” adlanan lüks yaşayış kompleksində iki mənzil alıb. Onun Dubayda da mülk sahibi olduğu bildirilir.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/gdj_sqcubd6wcikiaivynw_jnx8xbpr1aaaf-1_1.mp4"][/video]