Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivində küçələr asfaltlanır. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hazırda ümumi uzunluğu 1100 metr olan yolda 6600 kv.m sahəyə asfalt örtüyü vurulur. Rayon ərazisində abadlıq işləri mərhələli şəkildə davam edəcək.
Daha öncə, 21 iyul tarixində rayonun Bülbülə qəsəbəsində asfaltlama işlərinin aparılması barədə məlumat verilmişdir.